• Azərbaycan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 648

Tarix : 20-09-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pomidor - 200 q
Xiyar - 200 q
Turp - 150 q
Soğan - 45 q
Yaşıl soğan - 50 q
Xama - 100 q
Şüyüd - 50 q
Kahı yarpağı
Duz və istiot - zövqə görə

Hazırlanması:
Pomidor, xiyar və turpu nazik dairələr şəklində doğrayır və qaba düzürük, ortaya doğranmış yaşıl soğanı qoyuruq. Soğanı üzük şəklində doğrayırıq və salata əlavə edirik, duzlayırıq, istiotlayırıq, xama əlavə edirik, doğranmış şüyüd səpirik: ətrafına kahı yarpağı düzürük.

Turpun acı dadı mədə-bağırsaq sisteminin işini stimullaşdırır, iştahı yaxşılaşdırır, sellüloz orqanizmdən artıq xolesterini, ağır metalları və radionuklidləri uzaqlaşdırır. Günlük vitamin C normasını almaq üçün təxminən 250 qr turp yemək lazımdır.

Nuş olsun!
Etiketlər: düzürük, şəklində, doğranmış, əlavə, Pomidor, yarpağı, edirik, yaxşılaşdırır, sellüloz, orqanizmdən, artıq, iştahı, stimullaşdırır, Turpun, bağırsaq, sisteminin, işini, xolesterini, metalları, almaq
BİZİ İZLƏYİN