• Yerkökü salatı resepti

Reseptin məlumatları Baxış sayı: 10 429

Tarix : 15-11-2020, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 8 ədəd yerkökü
- 5 xörək qaşığı zeytun yağı
- Təxminən 2 stəkan qatıq
- 4 diş sarımsaq
- Duz
- Doğranmış şüyüd, bəzəmək üçün (mütləq deyil)

Hazırlanması:
Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin
Tavada zeytun yağını qızdırın.
Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri iri qarışdırma qabına qoyub soyudun.
Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.
Zövqə görə duz vurun və yaxşıca qarışdırın.
Lazımdırsa, bir az da qatıq qatın - salat quru olmamalıdır.
Salatı bir az soyuducuda saxlayın.
Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şüyüd, qarışdırın, zeytun, qatıq, qatıqla, qabda, sarımsağı, Kənara, yerköküyə, soyumuş, çəkib, yerköküləri, qoyub, qarışdırma, soyudun, Zövqə, Sarımsağı, qabına, yaxşıca
BİZİ İZLƏYİN