• Pendirli gavalı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 028

Tarix : 10-10-2014, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
250 q gavalı
250 q yaşıl üzüm
1 xırda soğan
175 q pendir

Sous üçün:
1 limonun şirəsi
duz, şəkər tozu - istəyə görə
1 çimdik zəncəfil tozu
3 x.q. bitki yağı
kahı
20 q qoz

Hazırlanması:
Gavalı və üzümü yuyub kağız salfetlə qurulayın. Gavalının dənəsini çıxarıb iki, yaxud dörd yerə bölün. Üzüm gilələrini də ikiyə bölüb dənələrini çıxarın.
Soğanı xırda kubik, pendiri isə 2 sm uzunluqda saman kimi doğrayın.
Limon şirəsini qazançaya töküb şəkər tozu və duzla, sonra isə zəncəfil və yağla qarışdırın.

Kahı yarpaqlarını yuyun, salat qabının içinə döşəyin.

Gavalı, üzüm, pendir və soğanı qarışdırıb kahı yarpaqlarının üstünə qoyun, üzərinə sous gəzdirin, doğranmış qoz səpin.

Süfrəyə qara çörək və kərə yağı ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Gavalı, şəkər, zəncəfil, pendir, xırda, qarışdırın, yağla, qabının, salat, yarpaqlarını, yuyun, duzla, Limon, doğrayın, şirəsini, qazançaya, içinə, töküb, sonra, yarpaqlarının
BİZİ İZLƏYİN