• Göbələkli yay salatı resepti

Reseptin məlumatları Baxış sayı: 2 779

Tarix : 23-05-2021, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd orta boy soğan
1 balaca banka konservləşdirilmiş yumru göbələk
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı bolqar bibəri
1 ədəd kiçik sarı və/ya narıncı rəngi bolqar bibəri
1 ədəd kiçik yaşıl bolqar bibəri
1 ədəd orta boy turşu xiyar, uzun-uzun və nazik doğrayın
1 ədəd orta boy təzə xiyar, qabığını soyub uzun-uzun və nazik doğrayın
Şüyüd
3-4 xörək qaşığı təzə sıxılmış limon suyu
3-4 xörək qaşığı zeytun yağı
Duz və istiot

Hazırlanması:
Göbələkləri ortadan iki yerə kəsin (çox balacadırlarsa, kəsməyə də bilərsiniz).
Soğanları uzun-uzun və nazik doğrayın. Sonra bir qaba qoyub üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, əlinizlə suyunu tamamilə sıxın.
Yerkökünü suda yarım bişənə kimi qaynadın, soyun, və uzun-uzun və nazik doğrayın.
Bolqar bibərlərini uzun-uzun və nazik doğrayın.
Turşu xiyarı uzun-uzun və nazik doğrayın. Təzə xiyarın qabığınız soyun uzun-uzun və nazik doğrayın.
Soğanla birgə bütün ərzaqları iri qarışdırma qabına qoyun.
Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın.
Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: doğrayın, nazik, kiçik, bibəri, bolqar, qaşığı, limon, əlinizlə, soyun, Sonra, zeytun, xiyar, xörək, sonra, bibərlərini, Turşu, xiyarı, qabığınız, xiyarın, Bolqar
BİZİ İZLƏYİN