• Lui və valovanlar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 310

Tarix : 13-10-2014, 21:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Salat üçün:

300 q bişmiş ət
4 yumurta
1 dəstə göy soğan
duzlu xiyar (təzə xiyar da olar)
kərə yağı
mayonez
duz, istiot

Valovanlar üçün:
500 q un
50 q kərə yağı
340 ml su
2 x.q. sirkə
500 q kərə yağı (arasına)

Hazırlanması:
Un, 50 q kərə yağı, su və sirkə ilə xəmir yoğurun. Geniş yayın, yarısına kərə yağından dilimlər kəsərək düzün, o biri yarısını üstünə qatlayın. Bunun da yarısına kərə yağından kəsilmiş dilimlər düzün, o biri yarısını üstünə qatlayın. Bu minvalla yağ qurtaranadək bir neçə dəfə belə qatlayın. Soyuducuda saxlayın. 30 dəqiqə sonra çıxarıb yayın, yenə 2-3 dəfə qatlayın. 15 dəqiqə soyuducuda saxlamaqla proseduru 3-4 dəfə təkrarlayın.
Lui və valovanlar resepti - FOTO RESEPT


Yağlı xəmirdən dairələr kəsin. Bunları siniyə düzün. Eyni ölçüdə digər belə yuxaların ortasını kəsib (bublik kimi) sinidəkilərin üstünə düzün (2-3 ədədi bəs edər). Xəmirlərin ortasından kəsdiyiniz dairələri də buraya düzün (bunları qapaq kimi üstdən qoymaq olar). Üzərinə yumurtanın sarısını çəkib 250-260 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Soyudun. (Valovanların içinə istənilən salat, eyni zamanda cem və krem də doldura bilərsiniz).
Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT


Qaynadılmış əti, bişmiş yumurtaları, xiyarı xırda kubik doğrayın. Soğanı xırda doğrayıb kərə yağında azca qızaranadək qovurun. Azacıq mayonez vurub bütün komponentləri qarışdırın. Duz, istiot vurun. Soyuducuda bir neçə saat saxlayın. Süfrəyə verməzdən əvvəl valovanların içinə doldurun.
Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT

Lui və valovanlar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: düzün, qatlayın, üstünə, dəqiqə, yarısını, dilimlər, yağından, içinə, xırda, saxlayın, Soyuducuda, yayın, yarısına, istiot, mayonez, bişmiş, sirkə, xiyar, qoymaq, Üzərinə
BİZİ İZLƏYİN