• Napoleon salatı resepti

Reseptin məlumatları Baxış sayı: 38 638

Tarix : 16-10-2014, 18:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q marqarin
2,5 st. un.
1 st. xama
1 yumurta
1 x.q. şəkər tozu
azca duz
0,5 ç.q. soda

İç üçün:
100 q pendir
1 banka balıq konservi (tuna)
1 balaca soğan
4 bişmiş yumurta
mayonez

Hazırlanması:
Unu lövhənin üstünə ələyin, dondurulmuş marqarini sürtgəcin iri gözündən keçirin, yoğurmadan qarışdırın. Xama, soda, şəkər tozu, duz və yumurtanı çalın, yağla un qarışığına əlavə edib xəmir yoğurun. 30 dəqiqə soyuducuda saxlayın.
Nazik lavaşlar yayıb eyni boyda kəsin, içini yaş dəsmalla sildiyiniz siniyə qoyun, bıçaqla bir neçə yerindən deşik açıb 200 dərəcə qızdırılmış sobada bişirin.

Xəmirin artığından lavaş bişirib, xırdalayın (bu, salatın üstünə və qıraqlarına səpiləcək).

Sonra hər lavaşın üstünə: 1-ci lay - sürtgəcin xırda gözündən keçirilmiş və mayonezlə qarışdırılmış pendir, 2-ci lay - əzilmiş və xırda doğranmış soğanla qarışdırılmış balıq konservi, 3-cü lay - sürtgəcin iri gözündən keçirilmiş və mayonezlə qarışdırılmış bişmiş yumurta və beləcə korjlar bitənədək sıralama ilə döşəyin. Lap axırıncı lavaşın üstünə sadəcə mayonez çəkin. Lavaş qırıntılarını üstünə səpin. Soyuducuda ən azı 2 saat saxlayın ki, yumşalsın.

Nuş olsun!
Etiketlər: artığından, üstünə, sürtgəcin, yumurta, qarışdırılmış, gözündən, saxlayın, bişmiş, mayonez, lavaşın, konservi, keçirilmiş, mayonezlə, balıq, şəkər, xırda, pendir, Sonra, səpiləcək, lavaş, bişirin
BİZİ İZLƏYİN