• Banqladeş salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 661

Tarix : 17-10-2014, 11:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 x.q. düyü
5-6 yumurta
1 banka balıq konservi (mütləq yağda olan: tuna, sayra və s.)
1 alma
1 balaca soğan
80 q kərə yağı
200 q mayonez
1 ç.q. şəkər tozu
1 x.q. limon şirəsi

Hazırlanması:
Düyünü qaynadıb bişirin, soyudun.

Sous:
Balıq konservinin yağını ayrıca qaba tökün, mayonezin yarısını, şəkər tozu və limon şirəsini əlavə edib qarışdırın.
Banqladeş salatı resepti - FOTO RESEPT


Yumurtaları bişirin, ağını sarısından ayırın. Ağını nazik şəridlərə doğrayın. Sarısını çəngəllə əzin. Soğanı xırda doğrayın. Almanı təmizləyib sürtgəcdən keçirin.
Banqladeş salatı resepti - FOTO RESEPT


Balıq konservini çəngəllə əzin.
Banqladeş salatı resepti - FOTO RESEPT


Sonra bunları boşqaba lay-lay düzün:

1-ci lay: xırdalanmış yumurta sarısı;
2-ci lay: əzilmiş balıq konservi;
3-cü lay: düyü, üzərinə isə çəngəllə mayonez çəkin (mayonezi tökməyin, çəngəllə yaxın);
4-cü lay: sürtgəcdən keçirilmiş alma;
5-ci lay: konservin qalanını soğanla qarışdırıb döşəyin;
6-cı lay: kərə yağını sürtgəcdən salatın üzərinə keçirin (əvvəlcədən dondura bilərsiniz).
Salatın üzərinə ortasından başlamaqla dairəvi hərəkətlərlə sous gəzdirin. Üstünə lay-lay doğradığınız yumurta ağını qoyun.
Banqladeş salatı resepti - FOTO RESEPT

Banqladeş salatı resepti - FOTO RESEPT


Üstünü zövqünüzə görə bəzəyə bilərsiniz. Salatı iki saat soyuducuda saxlayın.
Banqladeş salatı resepti - FOTO RESEPT

Banqladeş salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çəngəllə, yumurta, sürtgəcdən, üzərinə, limon, ağını, bişirin, doğrayın, Balıq, şəkər, mayonez, yağını, bilərsiniz, konservi, keçirin, balıq, döşəyin, qalanını, soğanla, konservin
BİZİ İZLƏYİN