Tərkibi:300 q toyuq filesi
250 q pendir
qırmızı bolqar bibəri
2-3 xiyar
mayonez
duz
istiot
zeytun
Hazırlanması:Xiyarı və bolqar bibərini xırda kubiklər şəklində doğrayın. Xiyarın qabığını, yaxşı olar ki, soymayasınız (ona görə də balaca, təzə xiyarlar götürün).
Toyuq filesini həm suda bişirə, həm də öz suyunda qızaranadək bişirə bilərsiniz.
Sonra fileni didin. Boşqabın bir yarısına aypara kimi düzün (qarpız dilimi kimi).
Pendiri sürtgəcin iri gözündən keçirib filenin üstünə düzün.
Üstünə mayonez çəkin. Bir böyrünə xiyarları döşəyin ("qarpızın qabığı"). Ortasına isə doğranmış qırmızı bibərləri səpin. Qara zeytundan isə "qarpız dənələri" kəsib qırmızı bibərlərin arasına yerləşdirin.
Nuş olsun!
Etiketlər: qırmızı, bolqar, bişirə, qarpız, mayonez, düzün, keçirib, filenin, üstünə, çəkin, Üstünə, gözündən, sürtgəcin, aypara, dilimi, böyrünə, Pendiri, yarısına, qarpızın, kəsib