Tərkibi:200 q arpa yarması (perlova)
200 q göy noxud (dondurulmuş)
1 baş soğan
50 q kərəviz kökü
4 x.q. zeytun yağı
2 x.q. üzüm sirkəsi
1/4 ç.q. duz
1/4 ç.q. istiot
350 q pendir (çedder)
1 x.q. qovrulmuş badam
kahı yarpağı
200 q pomidor
Hazırlanması:Arpa yarmasını isladın, sonra isə qaynadın. Göy noxud, kərəviz kökü və doğranmış soğan əlavə edin. Qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin. Suyunu süzün. Yağ, sirkə, duz, istiot əlavə edin. Pomidor və pendiri kubik doğrayıb buraya əlavə edin. Qovrulmuş badam vurub qarışdırın. Boşqaba kahı yarpaqları, üzərinə də salatı qoyun.
Nuş olsun!
Etiketlər: əlavə, kərəviz, istiot, sonra, soğan, badam, noxud, pendiri, kubik, doğrayıb, sirkə, Suyunu, süzün, buraya, Pomidor, vurub, salatı, qoyun, olsun, üzərinə