• Pendir səbətində salat resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 829

Tarix : 27-10-2014, 17:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 banka qırmızı lobya konservi
1 banka qarğıdalı konservi
2 qutu suxarı
1 ədəd marinə edilmiş xiyar
100 q göy soğan
50 q şüyüd
xama
duz
qara istiot
250 q bərk pendir
1 x.q. kartof nişastası
Pendir səbətində salat resepti - FOTO RESEPT


Hazırlanması:
Lobya və qarğıdalının suyunu süzün. Suxarı, yaxşı olar ki, qara çörəkdən və hisə verilmiş dadla olsun.

Bir qabda lobya, qarğıdalı, xırda doğranmış göyərti, kubik doğranmış xiyarı qarışdırın.
Pendir səbətində salat resepti - FOTO RESEPT


Duz, istiot, xama, yaxud mayonez əlavə edib qarışdırın.
Pendir səbətində salat resepti - FOTO RESEPT


Suxarını salatı süfrəyə verərkən əlavə edin, əks halda yumşalacaq və salatın özünəməxsusluğu itəcək.

Pendiri sürtgəcdən keçirin, nişasta ilə qarışdırın, qızdırılmış tavanın içinə dairə formasında səpin. Pendir əriyən kimi ocaqdan götürün.
Pendir səbətində salat resepti - FOTO RESEPT


Ona səbət forması vermək üçün pendir isti halda olarkən dərin kasaya, yaxud tərs çevrilmiş stəkanın üzərinə sərin, soyumasını gözləyin.
Pendir səbətində salat resepti - FOTO RESEPT


Süfrəyə verərkən salata suxarı əlavə edin, pendir səbətinin içinə yığın.
Pendir səbətində salat resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pendir, əlavə, qarışdırın, verərkən, olsun, içinə, doğranmış, yaxud, halda, istiot, lobya, banka, qarğıdalı, konservi, suxarı, səpin, nişasta, Pendir, formasında, əriyən
BİZİ İZLƏYİN