• Zümrüd quşu salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 523

Tarix : 28-10-2014, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q toyuq əti
1 banka şampinyon konservi
1 təzə xiyar
1 bolqar bibəri
100 q pendir
5-6 ədəd qara gavalı
3 bişmiş yumurta
mayonez

Bəzək üçün:
pendir
nar dənələri
qara gavalı
yerkökü
təzə xiyar
göyərti

Hazırlanması:
Bütün ərzaqları ya saman kimi, ya da kubik doğrayın, qarışdırıb duzlayın, mayonez vurun, yenə qarışdırın. Buluda çəkin. Üzərini azca hamarlayın.

Zümrüd quşu: salatın ortasından bir qədər aşağıda ərinmiş pendirdən quş bədəninə bənzər dilim kəsib qoyun. Quyruğunu sürgəcdən keçirilmiş xiyardan düzəldin. Bəzək kimi halqa doğranmış qara gavalı və nar dənələrindən istifadə edə bilərsiniz. Quyruğun konturlarını yerkökündən nazik doğradığınız zolaqlardan düzəldin. Salatın ətrafı boyu isə nar dənələrini düzün.

Nuş olsun!
Etiketlər: gavalı, Bəzək, mayonez, pendir, xiyar, düzəldin, halqa, xiyardan, sürgəcdən, keçirilmiş, Quyruğunu, doğranmış, bədəninə, pendirdən, bənzər, dilim, ərinmiş, kəsib, qoyun, Quyruğun
BİZİ İZLƏYİN