• Günəbaxan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 27 791

Tarix : 28-10-2014, 23:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 toyuq budu
400 q şampinyon
1 baş soğan
3 yumurta
150 q pendir
1 banka çərdəksiz zeytun
qarğıdalı konservi
mayonez,
şüyüd
çips (sadə)

Hazırlanması:
Bu da lay-lay döşənən salatdır.

Toyuq budunu bişirib sümükdən ayırın, xırdalayın. Göbələyi xırda doğrayın, soğanla birlikdə yağda qovurun. Yumurtaları suda bişirin.

Sonra ərzaqları lay-lay döşəyin:
Əvvəlcə toyuq ətinə azca mayonez qatıb qarışdırın, buluda döşəyin.
Üstünə soğanla qovrulmuş göbələk döşəyin. Mayonez çəkin.
Yumurtanı sürtgəcdən keçirib döşəyin. Üstünə mayonez çəkin.
Pendiri sürtgəcin xırda gözündən keçirib salatın üstünə səpin.

Günəbaxan: salatın ortasına dairə şəklində çəngəllə əzilmiş bişmiş yumurtanın sarısını və bir az da qarğıdalı qoyun. Zeytunları 4 bölüb səliqə ilə bunların ətrafına düzün (bunlar günəbaxanın tumları olacaq). Hətta iki-üç sıra təkrarlaya bilərsiniz. Çipslərdən isə günəbaxanın ləçəklərini düzəldin.

Nuş olsun!
Etiketlər: döşəyin, mayonez, soğanla, xırda, çəkin, günəbaxanın, salatın, keçirib, qarğıdalı, Üstünə, toyuq, şəklində, dairə, çəngəllə, əzilmiş, sarısını, yumurtanın, bişmiş, ortasına, Günəbaxan
BİZİ İZLƏYİN