• Səbət salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 824

Tarix : 29-10-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
istənilən salat
bulka
göy soğan, yaxud tərxun
kolbasa
duzlu çöp

Hazırlanması:
Bu cür tərtibat üçün bir neçə salatdan, xüsusilə də tərkibində kolbasa, yaxud göy soğan olanlardan, istifadə etmək olar.

Bulkanın üstünü kəsib götürün.
Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Onu bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Bu, ondan ötrüdür ki, «səbətin» içinə salat qoyanda bulka islanmasın. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də götürə bilərsiniz.

Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə «səbət» toxuyun. Hazır olandan sonra içinə salat doldurun.

Nuş olsun!
Etiketlər: soğan, duzlu, salat, yaxud, Kolbasa, içinə, bulkanın, kolbasa, dilimi, tərxun, bulka, yerinə, gələrsə, ərinmiş, islanmasın, lazım, ondan, pendir, ötrüdür, «səbətin»
BİZİ İZLƏYİN