• Qızıl balıq salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 783

Tarix : 29-10-2014, 11:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150-200 q suda bişmiş tıxsız balıq
1 yumurta
1 kartof
1 böyük yerkökü
mayonez
şüyüd
çuğundur
qara gavalı

Hazırlanması:
Bu, lay-lay salatdır.
Bişmiş balıq ətini xırdalayıb buluda balıq formasında döşəyin. Yumurtanı sürtgəcin iri gözündən keçirib balığını üzərinə döşəyin. Azca mayonez vurun. Kartofu sürtgəcdən keçirin. Bu, üçüncü lay olacaq.
Üzərinə mayonez çəkin. Yerkökünü sürtgəcdən keçirin. Bu, axırıncı lay olacaq.
İstəyə görə, layların arasına duz və istiot da səpə bilərsiniz. Çalışın, layları döşədikcə əvvəlcədən hazırladığınız balıq konturundan kənara çıxmayasınız.
Balığın quyruğunu və üzgəcini şüyüddən, dilini və gözünü bişmiş çuğundurdan düzəldə bilərsiniz. Gözünü düzəldərkən çuğundur diliminin bir tərəfinə mayonez çəkib, bəbək yerinə də qara gavalı qoya bilərsiniz.
Qızıl balıq salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: mayonez, balıq, bilərsiniz, gavalı, olacaq, keçirin, döşəyin, sürtgəcdən, çuğundur, bişmiş, hazırladığınız, konturundan, kənara, əvvəlcədən, çıxmayasınız, arasına, Balığın, Çalışın, döşədikcə, istiot
BİZİ İZLƏYİN