• Kala salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 161

Tarix : 29-10-2014, 13:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. düyü
3 yumurta
200 q toyuq filesi (krab çöpləri)
50 q bərk pendir
1 orta ölçülü xiyar
1 banka qarğıdalı konservi
mayonez
ərinmiş pendir (lay-lay)
bəzək üçün pomidor və ya xiyar

Hazırlanması:
Düyünü yuyub duzlu suda bişirin. Soyudun.
Yumurtaları qaynadın, soyudub sürtgəcin iri gözündən keçirin, düyüyə əlavə edin.
Bişmiş toyuq filesini (yaxud krab çöplərini) nazik laylar şəklində doğrayın.
Pendiri tərəfi 1 sm olan kubik doğrayın.
Xiyarı kubik doğrayın.
Qarğıdalı konservinin suyunu süzün.
Mayonez də əlavə etməklə bütün ərzaqları qarışdırın. Salatı buluda yığın.
Kala salatı resepti - FOTO RESEPT


Kala hazırlamaq üçün pomidordan nazik şərid kəsin. Əridilmiş pendir diliminin ortasına pomidordan kəsdiyiniz şəridi qoyun, pendirin iki qarşı ucunu ağız-ağıza birləşdirin. Beləliklə, kalaya bənzər görüntü alınacaq. Bir neçə belə «kala» düzəldib salatın üzərinə yerləşdirin. Tərxundan ona gövdə və yarpaq da düzəldə bilərsiniz.
Kala salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pendir, doğrayın, pomidordan, nazik, kubik, əlavə, xiyar, toyuq, qoyun, kəsin, Əridilmiş, diliminin, ortasına, şəridi, kəsdiyiniz, hazırlamaq, qarışdırın, ərzaqları, bütün, Salatı
BİZİ İZLƏYİN