• Zeytunlu kartof salatının resepti

Reseptin məlumatları Baxış sayı: 14 770

Tarix : 4-11-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
1 Stəkan istiotlu zeytun
6 Ədəd kartof
4 Ədəd yerkökü
3 Xörək qaşığı mayonez
1 Stəkan süzülmüş qatıq
1 Çay stəkanı iri əzilmiş qoz
Xiyar turşusu
Duz

Hazırlanması:
Kartofları qabıqları ilə birlikdə bir qazana qoyub qaynadırıq.
Yerkökülərin qabıqlarını soyub, bir qazana qoyuruq.
Qaynadırıq.
Kartoflar bişdikdən sonra qabıqlarını soyuruq.
Qarışdırmaq üçün olan qabın içərisinə sürtgəcdən keçiririk.
Bişmiş yerköküləri də kartofların üzərinə sürtgəcdən keçiririk.
Qatığı bir kasanın içinə tökürük.
Üzərinə azca su töküb, qatılılığını bir az açırıq.
Qatığı kartofların üzərinə tökürük. Kartofların üzərinə duz səpirik.
Qozun yarısını tökürük.
Mayonez əlavə edirik. Qarışdırırıq.
Qəlibin özülünün sıxacını çıxardıb, birbaşa geniş bir boşqaba yerləşdiririk.
Qəlibin içərisinə hazırladığımız kartof salatını boşaldırıq.
Şpatel ilə üzərindən basmaqla hamarlayırıq.
Salatımızı qəliblə birgə təqribən 1 saata qədər soyuducuda saxlayırıq.
Soyuducudan çıxartdığımız salatımızı astaca qəlibdən çıxardırıq.
İstiotlu zeytunu xırda dilimlərə bölürük.
Salatımızın kənarlarını və üzərilərini istiotlu zeytun, qoz və turşu ilə bəzəyərək süfrəyə vermək üçün hazırlayırıq.

Nuş olsun!
Etiketlər: üzərinə, tökürük, qabıqlarını, kartofların, Qatığı, qazana, keçiririk, Qəlibin, zeytun, istiotlu, Stəkan, kartof, içərisinə, sürtgəcdən, qəliblə, Salatımızı, hamarlayırıq, basmaqla, Şpatel, birbaşa
BİZİ İZLƏYİN