• Yaşıl zeytun salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 611

Tarix : 4-11-2014, 18:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkana əzilmiş, dənəsi təmizlənmiş yaşıl zeytun
4-5 sap göy soğan
2 diş sarımsaq
2 ədəd pomidor
2 xörək qaşığı iri üyüdülmüş qoz
1 çay qaşığı zirə
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı nar şirəsi
4-5 budaq cəfəri
1 çay qaşığı qırmızı istiot
1 çay qaşığı sumax
1 çay qaşığı bibər sousu

Hazırlanması:
Zeytunları bir kasaya qoyuruq.
Üzərinə xırda doğranmış cəfəri, göy soğanları və kiçik kub şəklində doğranmış pomidorları əlavə edirik.
Ayrı bir qabda zeytun yağını və digər ədviyyatları qarışdırıb zeytunlara əlavə edək.
Ən axırda qozları da səpək.
Bütün ərzaqları yaxşıca qarışdırdıqdan sonra salatımızı böyük boşqaba qoyuruq.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, zeytun, qoyuruq, əlavə, cəfəri, doğranmış, digər, ədviyyatları, qarışdırıb, edirik, şəklində, pomidorları, zeytunlara, qabda, yağını, qozları, salatımızı, sonra, böyük
BİZİ İZLƏYİN