• Assol salatı resepti

Reseptin məlumatları Baxış sayı: 39 014

Tarix : 2-06-2014, 11:48

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q toyuq filesi
2 orta boy alma
0,5 qırmızı soğan
50 q qara kişmiş
3 x.q. mayonez
1 ç.q. xardal
3 x.q. 15-20%-li xama
1 ç.q. üzüm sirkəsi
qara istiot
duz

Hazırlanması:
Toyuq döşünü duzlu suda bişirin. Soyudub xırda doğrayın.

Soğanı və almanı təmizləyin. Kubik doğrayın. Toyuq ətinə əlavə edin. Kişmişi də yuyub qurudun, buraya qatın.

Mayonez, xama, xardal və sirkəni qarışdırıb salata əlavə edin. Duz, istiot vurub qarışdırın. Ən azı yarım saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: doğrayın, istiot, xardal, Toyuq, əlavə, qatın, Mayonez, qurudun, Kişmişi, yuyub, sirkəni, buraya, qarışdırıb, soyuducuda, saxlayın, olsun, yarım, qarışdırın, salata, vurub
BİZİ İZLƏYİN