Tərkibi:300 q toyuq filesi
150 q soğan
300 q kartof
300 q çuğundur
50 q qoz
1 böyük nar
duz
mayonez
Hazırlanması:Toyuq ətini bişirin (qaynara düşəndən sonra 20 dəqiqə bişirin). Kartofu və çuğunduru ayrı qazanlarda bişirin.
Soğanı və toyuq ətini xırda doğrayın. Soğanı bitki yağında qızardın. Toyuq ətini əlavə edib azca qovurun, duz vurun. Soyudun.
Çuğunduru sürtgəcin xırda gözündən keçirin. Qozu blenderdən keçirin və ya xırda doğrayın, çuğundurla qarışdırın.
Kartofu sürtgəcin xırda gözündən keçirin.
Narı dənələyin.
İri yastı qabın ortasına bir stəkan qoyun. Ətrafına kartof döşəyib üzərinə mayonez çəkin.
Bunun üzərinə toyuq ətini döşəyib, üzərinə mayonez çəkin.
Üzərinə qozlu çuğundur döşəyin. Mayonez çəkin.
Nar dənələrini salatın üzərinə düzün, stəkanı ehtiyatla çıxarın.
Nuş olsun!
Etiketlər: ətini, xırda, üzərinə, keçirin, çəkin, mayonez, bişirin, toyuq, doğrayın, Kartofu, Soğanı, sürtgəcin, gözündən, Toyuq, döşəyib, kartof, çuğundur, yastı, stəkan, qabın