Tərkibi:700 q qaraciyər
2 yumurta
100 ml süd
100 q un
200 q soğan
200 q yerkökü
3 diş sarımsaq
mayonez
bitki yağı
duz
Bəzək üçün:3 bişmiş yumurta
pomidor
göyərti
Hazırlanması:Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı bitki yağında qızardın. Yerkökünü əlavə edib tam qovurun. Mayonez əzilmiş sarımsaq qatıb qarışdırın.
Çiy qaraciyərin üstünün pərdəsini təmizləyib ət maşınından keçirin. Yumurtaları əlavə edib qarışdırın. Süd töküb qarışdırın. Sonra un və duz vurun, qarışdırın.
Yağlanmış tavaya töküb blinçiklər bişirin (18 sm diametrli tavadırsa, təxminən 5 ədəd alınır). O üz-bu üz, təxminən 5 dəqiqə, orta odda qızardın. Bilnləri çevirərkən cırılmasınlar deyə bu üsuldan istifadə edin: blinin bir üzü qızaranda tavanı əyib onu boşqaba ötürün. Sonra boşqabı cəld tərs çevirib blinçikin o biri üzünü tavaya qoyun.
İsti blinçiklərin üzərinə mayonez və soğanla qızardılmış kök çəkin. Üzərini yumurta ağı, pomidor və göyərti ilə bəzəyin.
Nuş olsun!
Etiketlər: cırılmasın, qarışdırın, yumurta, keçirin, Yerkökünü, Soğanı, qızardın, göyərti, tavaya, Sonra, təxminən, əlavə, töküb, bitki, sarımsaq, mayonez, pomidor, blinin, qızaranda, boşqaba, ötürün