• Bostan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 025

Tarix : 15-11-2014, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q soyutma mal əti
1 çuğundur
1 baş soğan
1/5 kələm
150-200 q koreya üsulu yerkökü
mayonez
çips
sirkə
bitki yağı

Hazırlanması:
Əvvəlcə soğanı marinə edin. Onu halqa doğrayın, kasaya yığıb üzərinə 1-2 qaşıq sirkə tökün, 1,5-2 saatlığa soyuq yerə qoyun.

Koreya üsulu yerkökünü hazırlamaq üçün 500 q kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1,5-2 x.q. sirkə də əlavə edib qarışdırın.

Çuğunduru təmizləyin. Sürtgəcin iri gözündən keçirin. Yumşalanadək, təxminən 10-15 dəqiqə bitki yağında qızardın. Kələmi doğrayın.

Əti xırda dilimlərə doğrayın.

Bunları qaba yığın. Ortasına mayonez qoyun. Üzərinə xırdalanmış çips səpin.

Nuş olsun!
Etiketlər: doğrayın, soğanı, sirkə, qoyun, qaynar, Sonra, xırda, qarışdırın, qızardın, bitki, üzərinə, yerkökü, mayonez, üsulu, Ortasına, çıxarın, kökün, gəzdirin, əlavə, yağdan
BİZİ İZLƏYİN