• Balıqlı göl salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 321

Tarix : 15-11-2014, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 ədəd qabıqda bişirilmiş kartof
1 banka xırda şprot
4-5 bişmiş yumurta
150-200 q pendir
1 diş sarımsaq
mayonez
göyərti və turp (bəzək üçün)

Hazırlanması:
Şprotların bir neçəsini ayırıb kənara qoyun, qalanının quyruğunu kəsib çəngəllə əzin. Lay-lay, aralarına mayonez çəkməklə aşağıdakı qaydada siniyə düzün:
1. sürtgəcdən keçirilmiş kartof (üzərinə şprotun yağını gəzdirə bilərsiniz);
2. çəngəllə əzilmiş şprot;
3. sürtgəcdən keçirilmiş yumurta və əzilmiş sarımsaq;
4. sürtgəcdən keçirilmiş pendir.

Soğan, keşniş, şüyüd və quyruqlarını kəsmədiyiniz şprotların köməyilə salatı bəzəyin. Soğanlardan "qamış", turplardan isə nülufər çiçəyi düzəldin. Şprotları isə üzü aşağı, quyruğu göydə olmaqla salata batırın. Bu, gölə baş vuran balıq təsiri yaradacaq.

Nuş olsun!
Etiketlər: keçirilmiş, sürtgəcdən, pendir, mayonez, çəngəllə, yumurta, əzilmiş, sarımsaq, kartof, şprot, keşniş, bəzəyin, qamış, Soğan, salatı, Soğanlardan, şprotların, turplardan, quyruqlarını, şüyüd
BİZİ İZLƏYİN