• Noxud salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 617

Tarix : 17-11-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q noxud
200 q ton balığı konservi (öz suyunda, yağsız)
1 iri turş alma
0,5 limonun şirəsi
duz
quru otların qarışığı - reyhan, kəkotu, rozmarin (ətotu)
zeytun yağı (yaxud mayonez)

Hazırlanması:
Noxudu gecədən soyuq suda isladın. Sabahı gün suyu süzün, noxudu yuyun, təzə soyuq su töküb bişirin. Qaynara düşəndən sonra vam odda 40-50 dəqiqə bişirin.

Suyunu süzüb soyudun (tez soyuması üçün üzərindən soyuq su axıtmaq olar).

Ton balığını salat qabına qoyub çəngəllə əzin.

Almanı kubik doğrayıb bir neçə dəqiqə limon şirəsi qatılmış suda saxlayın. Sonra suyu süzün, almanı kağız salfetin üstünə qoyub suyunu çəkməsini gözləyin.

Ton balığına soyumuş noxudu, almanı əlavə edin, duz, quru göyərti səpib üzərinə yağ gəzdirin (yağ əvəzinə mayonez qata bilərsiniz).

Salatı başqa variantda da süfrəyə vermək olar: anton almasının içini oyun, limon şirəsi çiləyin ki, qaralmasın, salatı içinə doldurun.

Nuş olsun!
Etiketlər: soyuq, şirəsi, bişirin, noxudu, mayonez, dəqiqə, limon, almanı, qoyub, süzün, göyərti, balığına, əlavə, soyumuş, gözləyin, üstünə, saxlayın, qatılmış, doğrayıb, Sonra
BİZİ İZLƏYİN