• Pendir səbəti resepti

Reseptin məlumatları Baxış sayı: 14 902

Tarix : 19-11-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q toyuq filesi
100 q bərk pendir
100 q şampinyon
2 turşaşirin alma
80 q qoz
1 diş sarımsaq
100 q yağsız xama
2 x.q şirin xardal
xırda doğranmış cəfəri
1 x.q. bitki yağı
duz
qara istiot

Bəzək üçün:
sous (teriyaki)
giləmeyvə dənələri
parmezan pendiri

Hazırlanması:
Toyuq filesini duzlu suda bişirib xırda doğrayın. Pendiri sürtgəcin orta gözündən keçirin. Qozu xırdalayın. Sarımsağı əzin. Almaları saman kimi doğrayın. Şampinyonları bitki yağında qızardın. Xama, şirin xardal, doğranmış cəfəri də əlavə edərək qarışdırın.

Pendir səbəti hazırlamaq üçün ensiz dibi olan tavaya sürtgəcdən keçirilmiş parmezan pendiri töküb qızdırın. Pendir bir az yayılandan sonra iti ucu olan taxta çubuqla tavadan ayırın. Soyumağa imkan vermədən tərs üzünə çevrilmiş stəkanın üstünə qoyun. Gözləyin, soyusun. Bu zaman o, səbət forması alacaq. Sonra götürüb qaba qoyun, salatı içinə yığın.
Qabın bir tərəfinə sous gəzdirin. "Səbət"in ətrafına qoz dənələri, giləmeyvə qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, cəfəri, doğranmış, giləmeyvə, dənələri, doğrayın, pendiri, parmezan, xırda, bitki, Pendir, şirin, xardal, vermədən, üzünə, stəkanın, üstünə, töküb, imkan, çevrilmiş
BİZİ İZLƏYİN