Tərkibi:4 ortabab kök
0,5 st. kişmiş
3 bişmiş çuğundur
1 ərinmiş pendir (holland pendiri də olar)
2 diş sarımsaq
0,5 st. qoz
mayonez
Hazırlanması:Çiy kökü təmizləyib sürtgəcin iri gözündən keçirin. Bişmiş çuğundur və pendiri də iri sürtgəcdən keçirin. Kişmişi azca soyuq suda isladın. Qozu bir az xırdalayın.
Sini (yaxud iri boşqab) götürüb komponentləri sıra ilə aşağıdakı kimi düzün:
öncə kök, sonra kişmiş, mayonez, pendir, əzilmiş sarımsaq, mayonez, çuğundur, qoz, mayonez.
Üzərini qozla bəzəyin.
Nuş olsun!
Etiketlər: mayonez, çuğundur, pendiri, pendir, keçirin, sarımsaq, kişmiş, komponentləri, olsun, götürüb, yaxud, boşqab, aşağıdakı, sonra, bəzəyin, Üzərini, xırdalayın, əzilmiş, qozla, düzün