• Qabaq tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 035

Tarix : 16-12-2014, 10:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1-1,5 kq-lıq qabaq
2 yumurta
5-6 x.q. un
duz
qara istiot

Krem üçün:
375 q istənilən kəsmikli pendir
4-5 diş sarımsaq
1 banka çərdəksiz zeytun
2-3 ədəd bolqar bibəri
0,5 ədəd acı istiot
göyərti - cəfəri, keşniş
12 çerri pomidoru (adi pomidor da olar)
0,5 limonun şirəsi
100 q mayonez + 100 q xama (yaxud 200 q mayonez)
duz
qara istiot
Qabaq tortu resepti - FOTO RESEPT


Hazırlanması:
Qabağı təmizləyib doğrayın, ət maşınından keçirin. Əgər qabaq çox yaşıldırsa, suyu da çox çıxacaq. Əgər məhz belə qabaqdan istifadə edirsinizsə, o zaman 5 dəqiqə gözləyin, sonra yüngülcə basmaqla şirəsini süzün.

Yumurtaları əlavə edin (təbii ki, qabıqsız).

5 x.q. un qatın. Əgər un çox olarsa, o zaman blin bişirmək (onu çevirmək) asan olacaq, amma eyni zamanda blinlər bir qədər ağır olacaq və çətin həzm olunacaq.
0,5 ç.q. duz, istiot vurun. Çəngəllə çalıb qarışdırın.

Qalın dibli tavanı möhkəm qızdırın, azca bitki yağı ilə yağlayın.

Çömçə ilə xəmirdən tavaya töküb yayın, təxminən 6-8 mm olsun. Ocağın itiliyi isə ortadan bir qədər artıq olmalıdır. 3-4 dəqiqə, blinin altı qızaran kimi tavanı hərəkət etdirin, blin tərpənirsə, o biri üzünə çevirmək olar. Mahir aşpazlar kimi blin çevirmək bacarığınız yoxdursa, akrobatlıq edib travma almağa cəhd göstərməyin. Blin çevirərkən tez parçalandığından, yaxşısı budur, onu bir qapağın üstünə sürüşdürün, sonra isə ani hərəkətlə çevirib tavaya qaytarın.

O biri üzünü də qızardın.

Blinlər soyuyan müddətdə "krem"i hazırlayın.

Bir ləyəndə kəsmikli pendir, əzilmiş sarımsaq, xırda doğranmış bolqar bibəri, nazik halqa doğranmış zeytun, xırda doğranmış acı istiot (çili), 0,5 limonun şirəsi, doğranmış göyərti, duz və qara istiotu qarışdırın.

Blinləri aralarına "krem" çəkməklə üst-üstə yığın.

Üzərini çerri pomidoru ilə bəzəyin.

Yarım gün soyuducuda saxlasanız, dadı lap əla olar.
Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT

Qabaq tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, doğranmış, çevirmək, pomidoru, çerri, dəqiqə, limonun, mayonez, sonra, tavanı, xırda, qədər, olacaq, şirəsi, bibəri, qarışdırın, kəsmikli, zaman, qabaq, olsun
BİZİ İZLƏYİN