• Yaşıl salat resepti

Reseptin məlumatları Baxış sayı: 27 542

Tarix : 16-12-2014, 11:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ət xörəklərinin yanında bu salat əladır.

Tərkibi:
2 x.q. bitki yağı
150 q göy noxud
2 dəstə göyərti - şüyüd və cəfəri
1 banka şampinyon konservi
4 marinə edilmiş xiyar
1 çimdik qara istiot
duz - zövqə görə
1 baş soğan

Hazırlanması:
Marinə edilmiş xiyarı fal-fal doğrayın.
Baş soğanı xırda doğrayıb xiyara əlavə edin. Qarışdırıb 20 dəqiqə saxlayın, bu müddətdə soğan da marinə olunur.

Göy noxudun suyunu süzüb xiyarla soğana əlavə edin.

Şampinyonu nazik fal-fal, göyərtini xırda doğrayıb salata qarışdırın, duz, istiot, yağ əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, marinə, edilmiş, soğan, doğrayıb, xırda, saxlayın, dəqiqə, Qarışdırıb, xiyara, müddətdə, olunur, göyərtini, nazik, salata, qarışdırın, olsun, Şampinyonu, soğana
BİZİ İZLƏYİN