• Qara qızılgül salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 192

Tarix : 20-12-2014, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
150 qr qara gavalı
2 ortabab çuğundur
1 siyənək balığı
1 baş soğan
400 qr şampinyon göbələyi
mayonez

Hazırlanması:
Göbələyi yuyub bir az iri doğrayın. Soğanı xırdalayıb göbələklə bir yerdə hazır olanadək qovurun. Yumurtaları bişirib sürtgəcin iri gözündən keçirin. Çuğundurları bişirin. Birini sürtgəcin iri gözündən keçirin, o birini isə yarımdairə şəklində doğrayın (bəzək üçün). Siyənəyi sümüklərdən təmizləyib doğrayın. Qara gavalının hərəsini 2-3 yerə bölün.
Sonra aşağıdakı qaydada salatı düzməyə başlayın:
1. Siyənək
2. Göbələklə soğan qovurması
3. Yumurta
4. Qara gavalı
5. Çuğundur.
Hər layın üstünə mayonez çəkin. Doğranmış çuğundurla salatı qızılgül şəklində bəzəyin.

Nuş olsun!
Etiketlər: doğrayın, soğan, mayonez, sürtgəcin, gözündən, şəklində, gavalı, salatı, keçirin, aşağıdakı, qaydada, Sonra, bölün, sümüklərdən, təmizləyib, gavalının, hərəsini, düzməyə, Göbələklə, Doğranmış
BİZİ İZLƏYİN