• Pərqu salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 144

Tarix : 29-04-2015, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 kartof
1 baş soğan
200 q toyuq əti
3 yumurta
150 q pendir
0,5 pekin kələmi
200 q mayonez
duz
istiot

Hazırlanması:
Soğanı yarımhalqa, bişmiş toyuq ətini xırda doğrayın.
Bişmiş yumurtaların ağını sarısından ayırın.
Pekin kələmini xırda doğrayın.
Kartofu qabıqlı bişirib soyudun, qabığını soyun.
Salat qabının dibinə azca mayonez çəkin. Kartofu sürtgəcin iri gözündən keçirin.
Üzərinə soğanı döşəyin (yumşaq olması üçün soğanın üstündən qaynar su axıda bilərsiniz). Düz, istiot səpin. Mayonez çəkin.
Toyuq ətini, sürtgəcin iri gözündən keçirilmiş yumurta ağlarını və pendiri döşəyin, mayonez çəkin.
Yumurta sarılarını sürtgəcin xırda gözündən keçirin. Salatın üstünə səpin. Pekin kələmiylə bəzəyin.
Bir saat soyuducuda saxlayın.
Toyuq ətini tuna balığının konservi ilə də əvəzləmək olar.

Nuş olsun!
Etiketlər: sürtgəcin, çəkin, ətini, xırda, gözündən, mayonez, Pekin, Toyuq, doğrayın, döşəyin, səpin, Kartofu, yumurta, istiot, toyuq, keçirin, bilərsiniz, Mayonez, soğanın, yumşaq
BİZİ İZLƏYİN