• Qızarmış toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 41 550

Tarix : 3-06-2014, 11:53

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd toyuq döşü
1 dənə kiçik boy kahı
Arzuya görə roka, nanə, cəfəri
Çox az duru zeytun yağı
1 ədəd pomidor
Bir ədəd qırmızı soğan
Yarım çay stəkanı konservləşdirilmiş qarğıdalı
duz, istiot

Hazırlanması:

1. Əvvəlcə qril və ya teflon tavada bir damlacıq yağ müşayiətində, toyuq ətlərinizi qısıq xodda bişməyə qoyuruq.

2. Toyuq ətlərimiz bişərkən, gözəlcə yuduğumuz yaşıllıqlarımızı əlimizlə qıraraq servis qabımıza qoyuruq.

3. Bütün vəsaitləri istədiyimiz şəkildə servis qabımıza yerləşdiririk.

4. Son olaraq qızaran toyuq ətlərimizi Jülyen (uzun incə) doğrayaraq, qara bibər duz əlavəsi ilə yaşıllıqlarımızla qovuşdururuq.

5. Arzuya görə bol nar turşusu və çox az duru zeytun yağı müşayiətində servis edib təqdim edirik.

Nuş olsun!
Etiketlər: toyuq, servis, qabımıza, müşayiətində, zeytun, qoyuruq, Arzuya, istədiyimiz, şəkildə, yerləşdiririk, vəsaitləri, Bütün, olaraq, yaşıllıqlarımızı, əlimizlə, qıraraq, ətlərimizi, turşusu, qovuşdururuq, təqdim
BİZİ İZLƏYİN