• Qırmızı dəniz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 399

Tarix : 1-05-2015, 23:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
100 q krab çöpləri
2 orta boy pomidor
2 diş sarımsaq
100-150 q pendir
mayonez
duz (zövqə görə)

Hazırlanması:
Krab çöplərini xırda, yaxud uzun saman kimi doğrayın. Pomidorları xırda doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin. Hamısını qarışdırın.

Sarımsağı əzin, mayonezlə birlikdə əlavə edib, qarışdırın. Zövqə görə duz da vura bilərsiniz (öncə dadına baxın, sonra).

Nuş olsun!
Etiketlər: xırda, doğrayın, qarışdırın, keçirin, mayonezlə, Sarımsağı, Hamısını, birlikdə, əlavə, sonra, olsun, baxın, dadına, Zövqə, bilərsiniz, gözündən, Pendiri, pendir, mayonez, sarımsaq
BİZİ İZLƏYİN