• Badımcan və pomidordan hazırlanmış salat resepti

Reseptin məlumatları Baxış sayı: 28 748

Tarix : 25-05-2014, 14:05

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
Badımcan - 1 ədəd
Bolqar bibəri - 1 ədəd
İstiot - zövgə uyğun
Cəfəri - 20 qram
Pomidor - 7 ədəd
Bitki yağı - 100 milliqram
Duz - zövgə uyğun
Şüyüd - 20 qram

Hazırlanması:
Yumru doğranmış badımcanlar duzlanır, 15-20 dəqiqə acı suyunu buraxana kimi saxlanılır. Badımcan sıxılır və bitki yağında qızardılır. Salat qabının dibinə bir lay badımcan düzülür, üstünə doğranmış göyərti səpilir, və bir lay halqa şəklində doğranmış bibər düzülür. Üstünə bişmiş və süzgəcdən keçirilmiş pomidor düzülür, yenidən bir lay badımcan, göyərti və bibər düzlür, duzlanır. 3 saat soyuducuda saxlanılır və süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: doğranmış, duzlanır, saxlanılır, bibər, uyğun, göyərti, badımcan, Badımcan, zövgə, düzülür, üstünə, Üstünə, səpilir, şəklində, halqa, süzgəcdən, soyuducuda, süfrəyə, verilir, olsun
BİZİ İZLƏYİN