• Marinara salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 296

Tarix : 11-06-2015, 20:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuğun döş əti
3 yumurta
100 q bərk pendir
2 pomidor
mayonez
1 baş soğan (ağ)

Hazırlanması:
Soğanı iki saat əvvəldən marinə etmək lazımdır. Bunun üçün onu nazik halqalara doğrayın, üzərinə yarım limonun şirəsini gəzdirin, duz, istiot vurun.
Pendiri sürtgəcin iri gözündən keçirin (Salatın dadı əsasən pendirin növündən asılıdır, ona görə də sevdiyiniz pendiri seçin). Toyuq ətini suda bişirib soyudun, xırda kubik doğrayın. Bişmiş yumurtanı sürtgəcin iri gözündən keçirin.
Pomidoru xırda kubik doğrayın, duz-istiot vurun.
Salatı lay-lay döşəyin: toyuq + mayonez + soğan + yumurta + mayonez + pendir + mayonez + pomidor.
Salatı süfrəyə verməzdən ən azı 2 saat əvvəl hazırlayın.

Nuş olsun!
Etiketlər: marinara, mayonez, doğrayın, sürtgəcin, vurun, istiot, keçirin, Salatı, kubik, xırda, gözündən, pendir, yumurta, soğan, pomidor, seçin, pendiri, soyudun, Toyuq, Bişmiş, bişirib
BİZİ İZLƏYİN