• Danimarka salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 674

Tarix : 23-06-2015, 16:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q dondurulmuş göy noxud və yerkökü
100 q makaron
150 q istənilən ət kolbasası
1 ortaboy marinə edilmiş xiyar (yaxud bir miqdar zeytun)
1 ortaboy soğan

sous:
150 q mayonez
100-150 q qatıq
1 x.q. limon şirəsi
qara istiot
xırda doğranmış şüyüd, cəfəri, göy soğan
1/4 ç.q. şəkər tozu

Hazırlanması:
Tərəvəzi duz qatılmış az suda qazanın ağzı bağlı olmaqla vam odda 6 dəqiqə bişirin, suyunu süzüb soyudun.
Makaronu bişirin, süzün, üzərinə soyuq su gəzdirib soyudun.
Kolbasanı kubik doğrayın.
Xiyarı uzun doğrayın. Yoxdursa, zeytun da istifadə edə bilərsiniz.
Soğanı yarımhalqa doğrayın.
Sous üçün olan ərzağı qarışdırın. Salatın üzərinə gəzdirin. (Sous düzəltməyə ərinənlər salata mayonez qatıb üzərinə doğranmış göyərti səpə bilərlər).
Salatın ağzına qapaq qoyun, otaq temperaturunda 30 dəqiqə saxlayın.

Danimarka salatı resepti - FOTO RESEPT

Danimarka salatı resepti - FOTO RESEPT

Danimarka salatı resepti - FOTO RESEPT

Danimarka salatı resepti - FOTO RESEPT

Danimarka salatı resepti - FOTO RESEPT

Danimarka salatı resepti - FOTO RESEPT

Danimarka salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, doğrayın, mayonez, soğan, doğranmış, soyudun, Salatın, zeytun, dəqiqə, bişirin, ortaboy, bilərsiniz, Soğanı, yarımhalqa, qarışdırın, ərzağı, istifadə, Xiyarı, Kolbasanı, gəzdirib
BİZİ İZLƏYİN