• Çoban salatı resepti

Reseptin məlumatları Baxış sayı: 22 030

Tarix : 24-07-2015, 12:00

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd pomidor,
1 ədəd xiyar,
1 ədəd yaşil bibər,
Yarım baş quru soğan,
Duz (istəyə görə miqdar),
1 yemək qaşığı maye yağ,
Limon (istəyə görə)

Hazırlanması:
Pomidoru, bibəri, xiyarı bol soyuq su ilə yaxşıca yuyun.
Kağız dəsmal üzərinə sərərək sularını qurudun.
Suları tamamən quruduqdan sonra pomidor, bibər, xiyarı kiçik-kiçik doğrayın.
Soğanın da qabığını soyun və onu da incə- incə doğrayın.
Çoban salata duz və maye yağı da əlavə edib yaxşıca qarışdırın.
Salatımız hazır.
Duz və yağı nə zaman servis edəcəksiniz o zaman əlavə edin. Əğər servisdən 1-2 saat əvvəl əlavə etmiş olsanız sulanar və əzilmiş olar.
Süfrəyə verilərkən istəyə görə limon suyu sıxmaq olar.

Nuş olsun!
Etiketlər: istəyə, əlavə, zaman, yaxşıca, Çoban, xiyarı, pomidor, kiçik, doğrayın, bibər, Salatımız, hazır, soyun, Soğanın, qabığını, salata, qarışdırın, servisdən, verilərkən, Süfrəyə
BİZİ İZLƏYİN