• Çeçil pendirli qarışıq salat resepti

Reseptin məlumatları Baxış sayı: 16 305

Tarix : 28-02-2016, 20:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
5-6 ədəd reyhan
5-6 ədəd fəsləyən
5-6 ədəd şüyüd
5-6 yarpaq roka (olmasa tərə)
5-6 yarpaq ispanaq
5-6 yarpaq kahı
10-12 ədəd semizotu
10-12 ədəd cəfəri
2 ədəd pomidor
2 ədəd xiyar
1 ədəd dolmalıq qırmızı bibər
50 qram çeçil pendir
1 ədəd limon
duz
sumaq
1 qaşıq narşərab
zeytun yağı

Hazırlanması:
1. Zeytun yağı, limon suyu, duz, sumaq və narşərab bir şüşə bankaya qoyulur. Duz əriyib qarışana qədər qarışdırılır.
2. Dolmalıq bibər közlənir, qabığı soyulur. Bundan sonra incə – incə doğranır.
3. Çeçil pendir liflərə ayrılır.
4. Göyərtilərin hamısı əvvəlcə təmiz yuyulur, sonra kiçik – kiçik doğranılır.
5. Pomidor və xiyar yuyulur və dilimlənir.
6. Bütün məhsullar qarışdırılır və servis edilir.

Nuş olsun!
Etiketlər: yarpaq, narşərab, xiyar, kiçik, yuyulur, pendir, limon, qarışdırılır, sumaq, sonra, bibər, hamısı, Göyərtilərin, ayrılır, soyulur, Bundan, doğranır, Çeçil, liflərə, təmiz
BİZİ İZLƏYİN