• Günəbaxan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 31 165

Tarix : 7-09-2015, 15:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
300 q toyuğun döş əti,
400 q konserv qarğıdalı,
3 ədəd yumurta,
200 q konserv göbələk,
200 q kök,
1 dəstə yaşıl soğan,
Zeytun,
Kartof çipsləri,
Mayonez,
Narın xörək duzu,
Duru yağ,

Hazırlanması:
Kökü qaynadıb soyun.
Toyuq döşünü kiçik-kiçik doğrayın.
Duru yağda 10 dəqiqə qovurun.
Kökü rəndənin xırda gözündən keçirin. Yumurtanı da rəndənin xırda gözündən keçirin.
Göbələyi kiçik-kiçik doğrayın.
Yaşıl soğan da kiçik doğrayın.
Diyametri 23 sm olan qaba əvvəlcə toyuq ətini qoyub mayonezləyin.
Onun üzərindən kökü qoyun. və mayonezləyin.
Kökün üzərindən göbələyi qoyub mayonezləyin.
Göbələyin üzərinə yaşıl soğanı qoyun.
Soğanın üzərinə yumurtanı qoyub mayonez çəkin.
Yumurtanın üzərinə isə qarğıdalı qoyun və kanarlarını kartof çipsi ilə bəzədin.
Not:
Salata günəbəxan çiçəyi görünüşü vürmək istəsəniz xırda pomidoru ikiyə bölüb xanımböcəyi düzəldə bilərsiniz.
Pomidorun üstünü xırdalanmış qara zeytunla da bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: kiçik, üzərinə, xırda, qoyub, mayonezləyin, qoyun, doğrayın, keçirin, rəndənin, yaşıl, gözündən, soğan, konserv, üzərindən, bilərsiniz, qarğıdalı, Yumurtanın, kanarlarını, soğanı, çəkin
BİZİ İZLƏYİN