• Qatıqlı kök salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 467

Tarix : 28-11-2015, 20:00

Bölmə : Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
4-5 ədəd kök
2-3 diş sarımsaq
2-3 yemək qaşığı mayonez
Yetəri qədər qatıq
3 yemək qaşığı maye yağ
Üzəri üçün qoz ləpəsi

Hazırlanması:
Salatı hazırlamaq üçün köklər yuyulur. Bundan sonra yuyulan köklər rəndələnir. Rəndələnən kök suyunu çəkənə qədər tavada qarışdırılır. Suyunu çəkdikdən sonra kök rəndəsinə yağ əlavə edilir. Bundan sonra kök yumşalana qədər bişirilir və soyudulur. Ayrı bir qabda qatıq, sarımsaq və mayonez bir birinə qarışdırılır, çırpılır və soyumuş kök rəndəsinin üzərinə əlavə edilir. Qatıq, mayonez və sarımsaq qarışığı rəndələnmiş köklə yaxşıca qarışdırılır. Bundan sonra hazır salat qaba çəkilir.

Hazır qatıqlı kök salatı əzimiş qoz ləpəsiylə bəzədilir.

Nuş olsun!
Etiketlər: sonra, mayonez, qarışdırılır, Bundan, sarımsaq, qədər, qatıq, edilir, salatı, köklər, qaşığı, əlavə, yemək, üzərinə, soyumuş, rəndəsinin, birinə, soyudulur, bişirilir, yumşalana
BİZİ İZLƏYİN