• Portağal salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 117

Tarix : 4-01-2016, 20:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
kahı
3 ədəd portağal
1 ədəd baş soğan
zövqə görə küncüt

İçlik üçün:
50 qr təbii yoqurt
1 ç/q xardal
1 diş sarımsaq
1 x/q zeytun yağı
1 x/q limon şirəsi

Hazırlanması:
Qeyri-adi salat resepti ilə tanış olmağa hazırsınız? Portağal, soğan, kahı və dadlı yoqurt içliyi. Hamısı bir yerdə qarışdırılaraq çox ləzzətli və zəngin dadlı salat alınır.

1. İnqerdientlər.
2. Həmişəki kimi ilk olaraq içlik hazırlanır. Bunun üçün yoqurt, xardal, zeytun yağı, limon şirəsi və əzilmiş sarımsaq qarışdırılır.
3. Duz və istiot vurularaq bir kənarda saxlanılır.
4. Portağal qabığından təmizlənir və dilimlərə doğranılır. Sonra dilimlər ortadan kəsilərək boşqaba yığılır.
5. Kahı yuyulur və mətbəx salfeti ilə qurudulur.
6. Boşqabın dibinə kahı yarpaqları əlavə edilir, üzərinə isə portağallar.
7. Soğan xırda doğranılır və portağalın üstünə əlavə edilir.
8. Salata hazırladığımız içlik əlavə edilir.
9. Ehtiyyatla qarışdırılır və süfrəyə verilir. Süfrəyə verərkən zövqə görə salatın üzərinə küncüt də əlavə etmək olar.

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT

Portağal salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, yoqurt, içlik, edilir, zeytun, xardal, limon, Portağal, üzərinə, dadlı, salat, şirəsi, sarımsaq, soğan, doğranılır, zövqə, qarışdırılır, küncüt, ortadan, dibinə
BİZİ İZLƏYİN