• Gül fincanındazəriflik salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 480

Tarix : 12-02-2016, 23:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4

Tərkibi:
3 ədəd bolqar bibəri (fərqli rəngli)
250 qr bişmiş toyuq filesi
3 ədəd toyuq yumurtası
1 ədəd xiyar
50 qr mayonez
1 ədəd orta ölçüdə baş soğan
zövqə görə duz
zövqə görə qara istiot

Hazırlanması:
1. Salat üçün soğan xırda doğranılır, üzərinə qaynar su əlavə edilir. 10 dəqiqə saxlanılır. Suyu süzülür və soyuq su ilə yuyulur (acısını itirmək üçün).
2. Hər bir yumurta ayrı-ayrılıqda çalınır və ayrı-ayrılıqda bitki yağında qızardılır (qayğanaq şəklində). Alınan qayğanaqlar saxlanılır.
3. Bişmiş toyuq filesi kubik formasında doğranılır.
4. Yumurta qayğanaqları uzunsov dilimlərə doğranılır.
5. Xiyar həmçinin nazik dilimlərə doğranılır. Xiyar dilimləri, toyuq filesi, soğan, doğranmış yumurtalar qarışdırılır, duzlanır və mayonez əlavə edilərək bir daha qarışdırılır.
6. Bolqar bibərindən gül hazırlamaq üçün, onun ucunda ulduzvari kəsiklər edilir. Kəsiklər bibərin dibinə qədər edilmir, təqribən 2-2,5 sm uzunluğunda. Zövqə görə yarpaqları nazik və ya enli kəsmək olar. Sonra ehtiyyatla bıçaqla bibər azmaz aralanır və soyuq su ilə dolu dərin boşqaba yerləşdirilir. Bu halda kəsilən yarpaqlar özləri aralanacaq.
7. Belə halda bibər bir-iki saat qalmalıdır. Bibərli boşqabı soyuducuya da yerləşdirmək olar - su nə qədər soyuq olsa, o qədər kəsilən yarpaqlar daha tez aralanar.
8. Fincanın alınması üçün bibərin özəyi və daxili ehtiyyatla yarpaqları kəsilməlidir.
9. Fincanlar salatla doldurulub, zövqə görə bəzədilir.

Gül fincanındazəriflik salatı resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: Ulduzvari, toyuq, doğranılır, soyuq, filesi, zövqə, qədər, soğan, saxlanılır, əlavə, edilir, ayrılıqda, nazik, halda, kəsilən, yarpaqlar, bibər, ehtiyyatla, qarışdırılır, bibərin, yarpaqların
BİZİ İZLƏYİN