• Payız salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 158

Tarix : 25-11-2015, 21:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd pomidor
4 ədəd xiyar
4 ədəd qaynadılmış yumurta
5 ədəd qaynadılmış kartof
1-2 dəstə yaşıl soğan
1 dəstə cəfəri
1 dəstə şüyüd
kahı
mayonez
xama
duz
istiot

Hazırlanması:
1. İnqredientlər hazırlanır.

2. Tərəvəzlər və göyərtilər yuyulur, qurudulur, qaynadılmış kartof və yumurtlarar təmizlənir. Kartof və yumurta kubik şəklində doğranılır.

3. Ardınca xiyarlar yarımdairəvi formada doğranıb boşqaba əlavə edilir.


4. Pomidorlara hələ ki toxunulmur, çünki inqredientlərin içində pomidor ən sulu tərəvəzdir. Yaşıl soğan doğranıb salata əlavə edilir.

5. Sonra iri kvadrat formasında kahı doğranılır.

6. Göyərtilərdən qalan cəfəri və şüyüd həmçinin xırda doğranıb salata əlavə edilir.

7. Hamısına duz və istiot əlavə edilir.

8. Bütün inqredientlər doğranandan sonra sıra gəlir pomidora. Pomidorlar orta boyda kubiklər şəklində doğranılır və salat boşqabına əlavə edilir.

9. Bərabər həcmdə mayonez və xama əlavə edilir.

10. Salat qarışdırılır.

11. Yaxşı qarışdırılandan sonra birdaha zövqə görə mayonez və xama əlavə edilib qarışdırılır.

12. Və budur, salat hazırdır. Bu reseptdə salat 3-5 porsiya üçün nəzərdə tutulub, lakin siz hazırlayarkən mütləq yeyə biləcəyiniz qədər hazırlayın, çünki bu salat 1 gündən sonra sulu alınır.

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT

Payız salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, edilir, salat, qaynadılmış, dəstə, doğranıb, doğranılır, sonra, mayonez, istiot, şüyüd, şəklində, pomidor, payiz, çünki, cəfəri, qarışdırılır, soğan, salata, yumurta
BİZİ İZLƏYİN