• Vineqret salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 451 609

Tarix : 19-03-2017, 14:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd orta ölçülü kartof
4 ədəd orta ölçülü kök
1 ədəd böyük ölçülü çuğundur
200 qr. lobya
350 qr. şoraba kələm
1 dəstə keşniş
1 dəstə şüyüd
Zeytun yağı(zövqə görə)
Duz, istiot

Hazırlanması:
1. Kartofu, kökü, çuğunduru yuyuruq və qazanda qaynadırıq.
2. Lobyanı yuyub təmizlədikdən sonra ayrı qazanda qaynadırıq. Suya bir çimdik duz əlavə etmək lazımdır. Lobya yumşalana qədər qaynamalıdır.
3. Kələmi doğrayırıq.
4. Keşniş və şüyüdü xırda-xırda doğrayırıq.
5. Kök, kartof və çuğundur qaynadıqdan sonra onları sudan çıxarırıq, qabıqdan təmizləyirik və doğrayırıq. Qeyd: Lobya iri olduğuna görə kartofu, kökü və çuğunduru çox xırda doğramaq lazım deyil.
6. Lobyanı əlavə edirik
7. Zeytun yağını əlavə edirik.
8. Zövqə görə duz, istiot əlavə edib hamısını yaxşıca qarışdırırıq.

Vineqret salatı resepti - FOTO RESEPT

Vineqret salatı resepti - FOTO RESEPT

Vineqret salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, ölçülü, doğrayırıq, xırda, Zeytun, çuğunduru, qazanda, istiot, Lobyanı, edirik, Lobya, dəstə, qaynadırıq, sonra, çuğundur, kartof, sudan, çıxarırıq, qabıqdan, təmizləyirik
BİZİ İZLƏYİN