Tərkibi:200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu
1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot
Hazırlanması:İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın.
Nuş olsun!
Etiketlər: ispanaq, doğranmış, stəkan, şəklində, pomidor, ləzzətli, qaşığı, xörək, zövqə, pendir, pendirli, qozlu, salat, oluna, sirkəsi, azeri, bilər, duzludursa, vurmayın, əlavə