• Göbələkli yay salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4940

Tarix : 15.10.2015, 19:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı Bolqar bibəri
1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
1 ədəd kiçik yaşıl Bolqar bibəri
1 ədəd orta boy turşu-xiyar
1 ədəd orta boy təzə xiyar
zövqə görə şüyüd
1 ədəd orta boy baş soğan
3-4 x. qaşığı limon suyu
3-4 x.qaşığı zeytun yağı
duz
istiot

Hazırlanması:
1. Göbələkləri ortadan iki yerə kəsin.
2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.
3. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.
4. Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).
5. Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!

Etiketlər: xiyar, doğrayın, nazik, kiçik, bibəri, turşu, Bolqar, əlavə, limon, Üstünə, Sonra, soyun, reseptdə, qaşığı, zeytun, Səidə, soğanı, səpin, azeri
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica