• Nanəli badımcan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 569

Tarix : 4-03-2016, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo yarım badımcan
yarım stəkan zeytun yağı, qızartmaq üçün
təxminən 2 stəkan qatıq
2 diş sarımsaq – əzilmiş
zövqə görə doğranmış təzə nanə və ya quru nanə
zövqə görə duz

Hazırlanması:
1. Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq qalınlığında). Acısını burada izah olunduğu kimi çıxardın. Suyunu sıxın.
2. Badımcanı qızğın yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun.
3. Bir qədər soyuduğunda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin.

Nuş olsun!
Etiketlər: sarımsaq, çıxardın, təxminən, stəkan, yarım, zövqə, qatıq, badımcan, Badımcanı, barmaq, qızğın, yağda, qızardın, qalınlığında, sıxın, burada, Tavadan, Acısını, Suyunu, olunduğu
BİZİ İZLƏYİN