• Kərəvizli toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 101

Tarix : 17-02-2016, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd toyuq döş əti – az duz atılmış suda bişirib, əlinizlə didin
3 ədəd kərəviz sapı – xırda-xırda doğrayın
3 ədəd təzə xiyar – soyub, xırda-xırda doğrayın
Yarım stəkan xırda-xırda doğranmış qoz ləpəsi
Təxminən 2 stəkan qatıq
3 xörək qaşığı və ya zövqə görə mayonez
Zövqə görə duz
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd

Hazırlanması:
Ərzaqları bir qabda qarışdırın. Salatı süfrəyə verməzdən əvvəl soyudun. Sonda isə qaba yığıb üstünə şüyüd səpin. Qatıq və mayonezin miqdarını istəyə görə azaldın və ya çoxaldın.

Nuş olsun!
Etiketlər: xırda, toyuq, kərəviz, Zövqə, xiyar, mayonez, Təxminən, şüyüd, Salatı, stəkan, doğranmış, doğrayın, istiot, Xırda, Yarım, ləpəsi, Hazırlanma, xörək, qaşığı, zövqə
BİZİ İZLƏYİN