• Qatıqlı pərpətöyün salatı resepti

Reseptin məlumatları Baxış sayı: 24 531

Tarix : 15-01-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
1 böyük dəstə təzə pərpətöyün
2 fincan və ya bir qədər çox qatıq
2 diş əzilmiş sarımsaq (qədərini zövqə görə müəyyənləşdirin)
Duz,zövqə görə
Üzərinə çiləmək üçün zeytun yağı, səpmək üçün paprika (şirin qırmızı istiot)

Hazırlanması:
Pərpətöyün təmizlənir, gövdələri kəsilir. Yarpaqlı hissə iri-iri doğranır,doğrandıqdan sonra təmiz yuyulur. Suyu süzülüb qurudulur (tez olsun deyə mən mətbəx salfetiylə ehmalca qurulayıram).
Bir qabda qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur,yavaşca qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz qatılır. Hazır salat dayaz boşqaba boşaldılır. Üzərinə bir qədər zeytun yağı çilənir, paprika səpilir və süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: Pərpətöyün, qədər, salat, sonra, zövqə, yarpaqları, istifadə, sarımsaq, olması, əzilmiş, pərpətöyün, qarışdırılır, qatıqla, Salatı, Üzərinə, zeytun, olunur, paprika, halda, böyük
BİZİ İZLƏYİN