• Mərakeş noxud salatı resepti

Reseptin məlumatları Baxış sayı: 6898

Tarix : 14.02.2016, 19:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir cimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə) paprika
3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması:
Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır.
İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.
Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.

Nuş olsun!

Etiketlər: qədər, Mərakeş, noxud, noxudlar, doğranmış, yaxud, döyülmüş, zövqə, əlavə, zeytun, xörək, salatı, şirəsi, Zövqə, pendir, süzülür, istiot, paprika, doğranır, lazımdır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica