• Marinə edilmiş ənginar salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 884

Tarix : 25-01-2016, 17:00

Bölmə : Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 orta banka marinə edilmiş ənginarlar (artişok) – suyunu yaxşı süzün (iridilərsə, doğrayın)
2 ədəd yerkökü – suda bişirin, qabığını soyub balaca kubik şəklində doğrayın
Təxminən 2 stəkan yaşıl noxud – buzda saxlanılıbdırsa suda qaynadıb bişirin və süzün, əgər konservdirsə, sadəcə suyunu süzün
Zeytun yağı
Bir balaca limonun suyu
Duz

Hazırlanması:
Ənginar, yerkökü və yaşıl noxudu bir qaba qoyun. Zövqə görə zeytun yağı, bir ədəd limonun suyunu, və duz əlavə edib qarışdırın. Süfrəyə otaq hərarətində və ya bir qədər soyudulmuş halda verin.

Nuş olsun!
Etiketlər: istifadə, yaşıl, yerkökü, süzün, qədər, marinə, suyunu, noxud, edilmiş, limonun, zeytun, balaca, doğrayın, dadlı, bişirin, Ənginar, artişok, ərzaqlar, ənginar, ərzaqdan
BİZİ İZLƏYİN