• Göyərtili-narlı kartof salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 729

Tarix : 24-10-2015, 11:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
6 orta ölçülü kartof (soymayın)
1 balaca qırmızı soğan, soyulmuş, uzununa kəsilmiş və nazik doğranmış
Xırda doğranmış təzə göyərti (bol-bol)—şüyüd, cəfəri, nanə, yaşıl soğan (həm ağ, həm də yaşıl hissələri)
Təqribən 1/3 stəkan təzə nar dənələri (zövqə görə dəyişdirə bilərsiniz)
1/4 çay qaşığı sumaq
Duz
Üyüdülmüş qara istiot
Qırmızı pul bibər
1/3 stəkan extra-virgin zeytun yağı
1 kiçik limonun suyu

Hazırlanması:
Kartofları yuyun və suyla doldurulmuş qulplu qazanda yumşalana qədər bişirin. Suyunu süzüb kənara qoyun. Kifayət qədər soyuyandan sonra kartofları soyun və orta ölçülü kublar şəklində doğrayın. İri, dərin bir cəmə yığın.
Ayrıca, soğanı kiçik bir cəmə qoyun. Üzərinə duz səpin. Bir neçə dəqiqə saxlayın, sonra acı suyunu çıxarmaq üçün əlinizlə yüngülcə əzin (beləliklə soğanın dadı yumşalacaq və o salatın içində çox “qabarıq” hiss olunmayacaq). İndi soğanı kartoflar olan qaba əlavə edin. Üzərinə zövqə görə təzə göyərti, nar dənələri, sumaq, duz, qara istiot və qırmızı pul bibər əlavə edin.
Ayrıca bir qabda zeytun yağı və limon suyunu çalaraq bir-birinə qarışdırın. Salatın üzərinə tökün. Salatı ehtiyatla qarışdırın ki, nar dənələri partlamasın. Dərhal, yaxud yüngülcə soyudaraq süfrəyə verə bilərsiniz (salatlat süfrəyə verilməzdən əvvəl soyuducuda bir neçə saat soyudularsa dadlar daha da dərinləşir).

Nuş olsun!
Etiketlər: dənələri, zeytun, limon, zövqə, göyərti, dadlı, qırmızı, bilərsiniz, yaxud, sumaq, kartof, Ayrıca, salatı, suyunu, bibər, Üzərinə, kiçik, qoyun, soğanı, istiotla
BİZİ İZLƏYİN